FTX "Krokus"dakı terrorla bağlı daha 20 nəfəri həbs etdi

10:11 - 24 May 2024

FTX

Rusiyan "Crocus City Hall" konsert zalında baş verən terror aktı ilə əlaqədar 20-dən çox şəxs saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Mərkəzi Asiya Ölkələri Təhlükəsizlik və Kəşfiyyat İdarələri Şurasının (SORB) Bişkekdə keçirilən iclasında danışıb.

Bortnikovun dediyinə görə, rusiyalı təhlükəsizlik qüvvələri terror aktında iştirak edənlərin bütün dairəsini müəyyənləşdirməkdə davam edirlər.

"Bir neçə gün əvvəl terror aktı baş verən "Crocus City Hall" konsert zalında 20-dən çox şəxs saxlanılıb. Onların arasında müxtəlif dövlətlərin vətəndaşları da var" - deyə Bortnikov əlavə edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin