ABŞ-a qeyri-qanuni yollarla daxil olan Türkiyə vətəndaşı İlon Maskı təəccübləndirdi

10:45 - 24 May 2024

ABŞ-a qeyri-qanuni yollarla daxil olan Türkiyə vətəndaşı İlon Maskı təəccübləndirdi

Meksika vasitəsilə ABŞ-a qeyri-qanuni yollarla daxil olan Türkiyə vətəndaşı Fox News müxbiri Bill Meluginin suallarını cavablandırıb və mühacirlərin ölkəyə daxil olması ilə bağlı narahatlığını dilə gətirib.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tesla və SpaceX CEO-su İlon Mask, ABŞ müxbirinin sosial media platforması X-də paylaşdığı müsahibəyə "ciddi" deyərək təəccübünü ifadə edib.

Beləki, Türkiyə vətəndaşı müsahibəsində "Əslində Amerika xalqı tamamilə haqlıdır. Bu ölkəyə kimlər gəlir? Bilmirlər. Tamam, mən yaxşıyam. Amma digərləri yaxşı deyilsə, necə? Bəs onlar qatil, psixopat və ya başqa bir şey olsalar? Bunun zəmanəti yoxdur" deyib.

Adı açıqlanmayan Türkiyə vətəndaşı Meksikadakı bir kartelə təxminən 10 min dollar ödəyərək sərhədi keçdiyini bildirib.

O, ABŞ-Meksika sərhədində heç bir təhlükəsizlik yoxlamasının olmadığını və sərhədi keçənlərin müayinə olunmadığını qeyd edib. Həmçinin, müxbirin "Sərhədi kimin keçdiyi sizi narahat edirmi?" sualına “Bəli, çünki insanlar normal görünmürlər" deyə cavab verib.

Müxbir müsahibəsini X-də sosial media hesabında da paylaşdıqdan sonra  ABŞ Nümayəndələr Palatasının spikeri Mike Johnson da reaksiya verib.

Videonu şərh edən Johnson "Qeyri-qanuni şəxslər Baydendən daha çox sərhəd təhlükəsizliyinə əhəmiyyət verəndə onun uğursuz olduğunu başa düşərsiniz” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin