İspaniyada bar uçdu: 4 ölü, onlarla yaralı

11:42 - 24 May 2024

İspaniyada bar uçdu: 4 ölü, onlarla yaralı

İspaniyanın Mayorka adasında ikimərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dənizkənarı kurortda dağıntılar altında qalan 4 nəfərin vəziyyətinin ağır olduğu, 10-a yaxın insanın isə hələ də beton plitələrin altında qaldığı bildirilir.

Çökmə yerinə polis və yanğınsöndürmə briqadaları sövq edilsə də, sağ qalanların tapılması üçün axtarış-xilasetmə işləri davam edir.

Ölənlərin sayının yaxın saatlarda artacağı gözlənilir.

Binanın Playa de Palma çimərliyində Medusa Beach Club adlı bar olduğu müəyyən edilib.

Birinci mərtəbədəki barın asma tavanı uçsa da, səbəbi hələ bilinmir.

Aparılan axtarış-xilasetmə işləri nəticəsində çökən barın yerləşdiyi küçənin girişi bağlanıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin