BMT-nin 11 iyul qərarı Serbiya prezidenti Vuçiçi göz yaşlarına boğdu - VİDEO

13:26 - 24 May 2024

BMT-nin 11 iyul qərarı Serbiya prezidenti Vuçiçi göz yaşlarına boğdu - VİDEO

BMT Baş Assambleyasında 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan edilməsinə qarşı çıxan Serbiya prezidenti Aleksandar Vuçiçin qanun layihəsi təsdiqlənərkən verdiyi reaksiya sosial mediada sürətlə yayılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiyanın etirazları fonunda qəbul edilən və nəhəng ekranda “hə” deyə səs verən ölkələrin adları göründükcə, Vuçiç Serbiya bayrağını qucaqlayaraq göz yaşları töküb.

BMT Baş Assambleyasında səsvermədən əvvəl çıxış edən Serbiya prezidenti qətnamə layihəsinin “çox siyasi” olduğunu müdafiə edib.

Hadisə ilə bağlı ayrı-ayrı cinayətkarların cəzalandırıldığını bildirən Vuçiç, qətnamə layihəsinin nə Bosniya və Herseqovinada, nə də bölgədə sabitlik və birliyə töhfə verməyəcəyini, əksinə, parçalanmaları artıracağını bildirib.

Almaniyanı qətnamə layihəsini dəstəkləməyən ölkələri təhdid etməkdə günahlandıran Vuçiç "Bu, Avropanın dəyərləridirmi?" - deyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası; Almaniya və Ruandanın təqdim etdiyi, layihəsini qəbul edib və iyulun 11-ni “Srebrenitsa Soyqırımını Anma Günü” elan edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin