15 yaşında ölən yeniyetmə müqəddəs elan ediləcək

14:57 - 24 May 2024

15 yaşında ölən yeniyetmə müqəddəs elan ediləcək

Roma Papası "İnternet müqəddəsi" və "Tanrının influencer”i kimi tanınan italyan gənc Karlo Akutisinin müqəddəs elan edilməsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 15 yaşında dünyasını dəyişən Akutis internet bacarığından katolik inancını yaymaq üçün istifadə edib.

Beləki, Roma Katolik Kilsəsi müqəddəs elan etmək üçün iki möcüzə tələb edir. Akutisin bu iki möcüzəni 2006-cı ildə lösemidən öldükdən sonra iki xəstəni sağaltması səbəbi ilə qərar verilib.

Bu “möcüzələrdən” birincisi 2013-cü ilə təsadüf edir, Braziliyada anadangəlmə ağır mədəaltı vəzi xəstəliyi olan bir uşağın kilsə mərasimi zamanı Akutisə məxsus paltara toxunması və sonradan sağalmasnı kilsə  2020-ci ildə möcüzə kimi qəbul edib.

Papa Fransiskin dünən təsdiqlədiyi ikinci möcüzəyə görə, Akutis 2022-ci ildə İtaliyada velosipedi ilə qəza nəticəsində ağır kəllə-beyin travması alan Kosta-Rikalı universitet tələbəsinin sağalmasına səbəb olub.

Tələbənin anası qızının sağalması üçün Assisidəki Akutisin məzarı başında dua etdiyini, elə həmin gün qızının kortəbii nəfəs almağa başladığını, ertəsi gün isə hərəkət etməyə və qismən danışmağa başladığını bildirib.

İkinci möcüzə Vatikan tərəfindən təsdiqləndikdən sonra Karlo Akutisin rəsmi olaraq müqəddəs olması mərasiminin keçiriləcəyi gözlənilir.

Mərasimin tarixi hələ açıqlanmayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin