Dünyanın ən uzun dırnaqlarına sahib qadın 27 ildir onları kəsmir - FOTO

18:02 - 24 May 2024

Dünyanın ən uzun dırnaqlarına sahib qadın 27 ildir onları kəsmir - FOTO

Dünyanın ən uzun dırnaqlarına sahib ABŞ-dan olan qadın 27 ildir ki, onları kəsmir.


Manset.az xəbər verir ki, bu, Diana Armstronq adlı qadındır.

O, bildirib ki, sonuncu dəfə dırnaqlarını 1997-ci ildə kəsib. Bu müddət ərzində onlar 13 metr böyüyüb. Qadın ailəsində baş verən faciəvi hadisədən sonra daha manikür etməmək qərarına gəldiyini bildirib.

Amerikalı qadın Ginnesin Rekordlar Kitabına daxil olduqdan sonra bir çoxları onun ev işlərini necə bacardığı ilə maraqlanıb.

Armstronq qeyd edib ki, o, artıq dırnaqları ilə yaşamağa alışıb və döşəmə silmək, qab-qacaq yumaq və digər fəaliyyətlərə öyrəşib.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin