Almaniya kansleri Olaf Şolz Beynəlxalq Cinayət Məhkəməsinə reaksiya verdi

18:11 - 24 May 2024

Almaniya kansleri Olaf Şolz Beynəlxalq Cinayət Məhkəməsinə reaksiya verdi

Almaniya kansleri Olaf Şolts Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın HƏMAS liderləri, İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant üçün “həbs orderi” verməsi ilə bağlı müraciətinə reaksiya verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Şolts paytaxt Berlində portuqaliyalı həmkarı Luis Monteneqro ilə görüşündən sonra ortaq mətbuat konfransı keçirib.

Portuqaliyalı jurnalistin BCM-nin israilli siyasətçilər və HƏMAS üzvlərinin həbsinə order verəcəyi təqdirdə bunun icra edilib-edilməyəcəyi ilə bağlı sualını cavablandıran Şolts 7 oktyabr hadisələrini nəzərə alaraq, HƏMAS liderlərinin tələbinin məntiqli olduğunu müdafiə edib.

Şolts Kərim Xanın İsrail baş naziri Netanyahu və müdafiə naziri Qallant haqqında da eyni müraciəti etdiyinə diqqət çəkərək "Mən və federal hökumət bu müqayisəni qəti şəkildə rədd edirik. Ona görə də bu ortaq təşəbbüsü çox tənqid edirik", deyib.

İndi nə olacağına hakimlər heyətinin qərar verəcəyini deyən Şolts bunun gözlənilməli olduğunu və spekulyasiya edilməməsi lazım olduğunu qeyd edib.

Şolts Almaniya hökumətinin bu qərarı verərkən İsrailin güclü və müstəqil məhkəmə sisteminə malik demokratik hüquqi dövlət statusunun nəzərə alınacağını fərz etdiyini bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin