Məşhur teleaparıcıdan iddia: "Selin Dion ölə bilər"

18:19 - 24 May 2024

Məşhur teleaparıcıdan iddia:

Teleaparıcı Hoda Kotb deyib ki, müğənni Selin Dion sağalmaz xəstəlik - əzələ sərtliyi sindromu səbəbindən ölə bilər. 


Manset.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Kotb ulduz haqqında sənədli filmin yayımlanmasından əvvəl 56 yaşlı Diondan müsahibə alıb.

"Selin Dion indi özünü daha yaxşı hiss edir, amma az qala onu itirdiyimiz bir an oldu. Bu barədə o, mənə danışdı", deyə teleaparıcı bildirib.

Kotb həmçinin etiraf edib ki, iki ildir xəstəlik səbəbindən səhnədən kənarda qalan Dion müsahibə zamanı ona mahnı oxuyub.

Bundan əvvəl Selin Dion səhnəyə nə vaxt qayıdacağ ilə bağlı suala cavab verib "bədəni ona icazə verəndə" bunu edəcəyini deyib: "Hazırda ayağa qalxıb deyə bilmirəm: bəli, dörd aydan sonra oxuyacağam. Bunu bilmirəm. Bədənim mənə deyəcək. Ancaq digər tərəfdən, sadəcə gözləmək istəmirəm. İndi psixi cəhətdən çox çətin günlər keçirirəm. Amma gələcəyə inam və ümidlə baxıram. Çox çalışıram, sabah daha çətin olacaq. Amma bir şeyi məndən almaq olmaz, o da iradə, bu ehtiras, arzu, əzmdir".

Xatırladaq ki, sənətçiyə mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz ağrılı əzələ spazmları ilə özünü göstərən nadir autoimmun hərəkət pozğunluğu diaqnozu qoyulub. Keçən il media Selin Dionun bədəninə nəzarəti itirdiyini yazaraq ictimaiyyəti qorxutmuşdu.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin