Azərbaycanda küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

19:08 - 24 May 2024

Azərbaycanda küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

 

Bu barədə Manset.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.


Xəbər xətti

24 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin