Birinci Qarabağ müharibəsinin iki şəhidi Göyçayda DƏFN OLUNDU - FOTO

19:58 - 24 May 2024

Birinci Qarabağ müharibəsinin iki şəhidi Göyçayda DƏFN OLUNDU - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Göyçayda dəfn olunub.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuş şəhid İlqar Rəhimovun nəşinin qalıqları rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub və yaylım atəşi açılıb.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovla da Göyçay şəhərində vida mərasimi keçirilib. Şəhidin nəşinin qalıqları Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Xəbər xətti

24 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin