Lavrov İrəvandakı səfirin Moskvaya çağırılmasını şərh etdi

21:02 - 24 May 2024

Lavrov İrəvandakı səfirin Moskvaya çağırılmasını şərh etdi

Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər.

 

Manset.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edərkən bildirib.

"Elan edilən hər şey artıq elan olunub. Məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər", - Lavrov deyib.

Qeyd edək ki, bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya çağırılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin