Növbəti ümumşəhər iməcliyi keçirildi - FOTOLAR

11:41 - 25 May 2024

Növbəti ümumşəhər iməcliyi keçirildi - FOTOLAR

Bu gün paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, qurumun Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarında əsas küçə və prospektləri bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyub. 

İməclik zamanı məhəllədaxili və ara yollar da yuyulub. 

Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin