İlham Əliyev İordaniyanın kralını təbrik etdi

12:32 - 25 May 2024

İlham Əliyev İordaniyanın kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin