İranda partlayış - Ölənlər var

14:15 - 25 May 2024

İranda partlayış - Ölənlər var

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.

Şəhər administrasiyası rəhbərinin sözlərinə görə, qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin