Şəmkir su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

16:34 - 25 May 2024

Şəmkir su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

 Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb. 

 

FHN-dən Manset.az-a verilən məlumata görə, axtarış işləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin