Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşdı

17:12 - 25 May 2024

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşdı

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır.

Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8,2 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.


Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin