Rusiyada səfərbərlik tələb olunur? - Peskov açıqladı

18:17 - 25 May 2024

Rusiyada səfərbərlik tələb olunur? - Peskov açıqladı

Rusiyada səfərbərlik tələb olunmur, Vladimir Putin bu barədə dəfələrlə danışıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov “Faynənşl Tayms” qəzetinin Rusiyanın bu ilin sonu və ya gələn ilin əvvəlində səfərbərliyə başlamalı olacağını iddia etməsinə belə reaksiya verib.

“FT-nin real mənzərəni başa düşməsi ehtimalı azdır, yalnız onu demək olar ki, bildiyiniz kimi, bizdə çox fəal şəkildə könüllülərin, muzdluların işə cəlb olunması prosesi gedir və bu, gündəlik olaraq baş verir. Prezident isə bir neçə dəfə deyib ki, hərbçilərin fikrincə, belə bir səfərbərliyə ehtiyac yoxdur”, - Kreml rəsmisi qeyd edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin