Küləkli hava şəraiti davam edir, Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA

18:06 - 25 May 2024

Küləkli hava şəraiti davam edir, Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA

Mayın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Manset.az-a bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin