“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı protokol təsdiq edildi

19:08 - 25 May 2024

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı protokol təsdiq edildi

2024-cü il martın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında "Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu" təsdiq edilib.

 

Manset.az Azərtac-a istinadən bildirir ki, bununla Prezident İlham Əliyev fərman imzalayıb.

Öhdəlik Protokolu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Öhdəlik Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Gənclər Forumuna bildiriş göndərməlidir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin