Lənkəranda yük maşını sürücünün üstünə aşdı

19:31 - 25 May 2024

Lənkəranda yük maşını sürücünün üstünə aşdı

Lənkəranda yük maşını sürücünün üstünə aşıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.

S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az