UEFA-dan İsrail millisi ilə bağlı QƏRAR

19:59 - 25 May 2024

UEFA-dan İsrail millisi ilə bağlı QƏRAR

UEFA İsrail millisinin sentyabr ayından etibarən Millətlər Liqası çərçivəsində keçirəcəyi ev oyunları ilə əlaqədar qərar qəbul edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İsrail yığması Fransa, İtaliya və Belçika ilə birlikdə Millətlər Liqasının A divizionunun 2-ci qrupunda yer alıb. 

Beynəlxalq matçlara qoyulan qadağa yalnız İsrailin Qəzza zolağında müharibəsinin tam başa çatması və ölkənin şimalında, Livanla sərhəddə hərbi əməliyyatların tamamilə dayandırılması ilə aradan qaldırıla bilər. 

Buna görə də UEFA İsrail millisinin ev matçlarını neytral meydanda keçirməsi qərarını qüvvədə saxlayıb.

Eyni zamanda, Belçika Futbol Federasiyası iğtişaş qorxusu və terror təhlükəsi səbəbindən sentyabrın 6-da Brüsseldə keçiriləcək turnirin İsrail millisi ilə ilk ev oyununa biletlərin satışını dayandırmaq qərarına gəlib. 

İsrail klubları da avrokubok oyunlarını neytral ərazidə keçirməyə məcbur olacaqlar.

2023/24 mövsümündə İsrail millisi və bu ölkənin klubları 2023-cü ilin oktyabrından Macarıstan və Serbiyada ev oyunlarını keçirib.


Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin