"Qalatasaray"ın yeni prezidenti o seçildi - YENİLƏNDİ

22:22 - 25 May 2024

Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri başa çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prezidentlik uğrunda mübarizədə Dursun Özbək Süheyl Batuma böyük fərqlə qalib gəlib.

Qeyd edək ki, D.Özbək üçüncü dəfədir İstanbul təmsilçisinə prezident seçilir.

20:40

Qalatasarayda keçirilən seçkilərdə 14 sandığın açılması nəticəsində hazırkı prezident Dursun Özbək 2173 səs toplayaraq yenidən prezident olmasını təmin edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2173 səslə Dursun Özbək, 672 səs toplayan Süheyl Batuma qalib gələrək yenidən prezident seçilib.

Qeyd edək ki, Qalatasaray Baş Assambleyasında 20 qutunun olduğu seçkidə səslərin hesablanması davam edir. 

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin