Fatimə: "Oğlum atasına pis şərh yazan qadını söyüb" - VİDEO

22:47 - 25 May 2024

Fatimə:

"Elə verilişlər var ki, ora getməyəndə, özünə deyirsən ki, "Nə yaxşı ki, getmədim". O verilişlərdə aparıcılar biz sənətçilərə lazım olmayan sualları verirlər. Sonra da bizim cavablarımızı düzüb, qoşurlar. Və insanların nəzərində illərdir ki, topladığım statusu salırlar aşağı. Bizim çıxışlarımızı sosial şəbəkədə paylaşırlar insanlar da xoş olmayan şərhlər yazırlar. Sonra da deyirlər ki, “yazılan o şərhlərə fikir verməyin”. Elə deyil! Yazılan o şərhlər bu gün bizim alqışımızdır. İnsanlarda bizə qarşı aqressiya yaradırlar".



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu sözləri "Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Səhər görüşləri" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, oğlu Hüseyn atası ilə bağlı sosial şəbəkədə yazılan xoşaqəlməz şərhlərə  əsəbiləşib və atasına pis sözlər yazan qadını taparaq nənəsinin "Instagram" səhifəsi ilə söyüb:

"Oğlum Hüseynin yeniyetmə vaxtlarıdır. Ona hər şey təsir edir. Bu yaxınlarda ailəm haqqında mənə sual verdilər. Ərimə zəng vurub aramızdakı münasibətlərin yaxşı olduğunu nümayiş etdim. Yəni bu insan həyatımda var və oğlum Hüseynin atasıdır. Həmin görüntülər sosial şəbəkədə paylaşıldı və haqqımızda çox sayda xoş olmayan şərhlər yazıldı.

Oğlum orada o şərhi görəndə pis olub. Nənəsinin "Instagram" səhifəsi ilə daxil olaraq həmim qadına cavab yazıb. Anam iş xanımıdır. Səhifəsində anamın nömrəsi də var. Həmin qadın zəng vurub anamın nömrəsinə ki, bəs bizi bu səhifədən söyüblər. Oğlum qorxudan dovşan kimi başlayıb əsməyə. Uşaqdır da, əsəbiləşib və söyüş yazıb. 

Oğlum əsə-əsə deyir ki, “ana məni indi gəlib aparacaqlar”. Nömrəni alıb, zəng etmişəm həmin qadına. Deyir ki, “mənə siz maraqlı deyilsiniz”.

Cavab olaraq söylədim ki, əgər sənə mən maraqlı deyiləmsə, bəs niyə görə haqqımda xoş olmayan, neqativ dolu şərh yazırsan. Ona elə başa saldım ki, o, məndən üzr istədi".



Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin