Qəzzada ölənlərin sayı açıqlandı

14:46 - 26 May 2024

Qəzzada ölənlərin sayı açıqlandı

İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, - hesabatda deyilir.

Departamentin məlumatına görə, son 24 saat ərzində 46 nəfər İsrailin zərbələrindən həyatını itirib. Daha 130 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az