Azad edilən ərazilərdə vəkil büroları açılacaq

20:46 - 26 May 2024

Azad edilən ərazilərdə vəkil büroları açılacaq

İşğaldan azad olunmuş ərazilərdə yeni vəkil bürolarının yaradılması əsas məsələlərdən biridir.

 

Manset.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə olan açıqlamasında deyib.

“Hazırda Qarabağ regionunda müasir vəkil büromuzun fəaliyyət göstərməsi niyyətindəyik. Hüquq-mühafizə orqanlarının fəaliyyət göstərdiyi bölgədə mütləq vəkil bürosu da fəaliyyət göstərməlidir. Aidiyyəti dövlət orqanları ilə danışıqlara keçmişik. Ümid edirəm ki, bu problem də öz həllini yaxın günlərdə tapacaq”, - deyə Anar Bağırov bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az