"Avropanın 3 şəhərini işğal etməliyik" - Plotnikov 

10:28 - 27 May 2024

Rus general-mayor Nikolay Plotnikov Rusiya dövlət televiziyasına diqqətçəkən açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Plotnikov bəzi Avropa ölkələrindəki şəhərlərin Rusiya ilə əlaqələrinin olduğunu deyib və bu ölkələri sadalayıb.

Plotnikov bildirib ki, Putin “Lenin və Stalinin tarixi səhvlərini” düzəltməli və bəzi Avropa ölkələrini işğal etməlidir.

Onun sözlərinə görə, Estoniyada Narva, Latviyada Dauqavpils və Litvada Klaypeda işğal olunaraq Rusiya ərazisinə birləşdirilməlidir.

Plotnikov “Bu ölkələrdəki insanlar Ukraynaya dəstəyi dayandırmalıdırlar, əks halda bunun nəticələrini çəkəcəklər”, deyib.

Baltikyanı regionda yerləşən bu ölkələr həm də NATO üzvü kimi seçilir.

Əgər Rusiya bu ölkələrə hücum edərsə, digər NATO ölkələrinin NATO-nun 5-ci maddəsinə uyğun olaraq Rusiyaya qarşı cavab tədbirləri görmək imkanı var.

Qeyd edək ki, Plotnikov ordudakı vəzifəsi ilə yanaşı siyasi ekspert və akademik kimi də fəaliyyət göstərir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin