Zaqatalada 44 yaşlı bacısını qətlə yetirən qardaş tutuldu - YENİLƏNDİ

08:27 - 28 May 2024

Zaqatalada 44 yaşlı bacısını qətlə yetirən qardaş tutuldu - YENİLƏNDİ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

Saat 23:41

Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü Natavan Mövlud qızı Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin