Ronaldo yenə də ilkə imza atdı - VİDEO

10:13 - 28 May 2024

Ronaldo yenə də ilkə imza atdı - VİDEO

“Əl-Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldo adını Səudiyyə Ərəbistanı liqası tarixinə yazdırıb.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı liqası tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu olub. Ronaldo 31 oyuna 35 qol vurub, 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu, 34-cü turunda "Əl-Nəssr" - "Əl-İttihad"a 4-2 hesabı ilə qalib gəlib. Ronaldo həmin oyunda dubl edib. "Əl-Nəsr" 82 xal toplayaraq ikinci yeri tutub. “Əl-Hilal” isə 96 xalla çempion olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin