Bakıda 4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanıldı

12:50 - 28 May 2024

Bakıda 4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanıldı

Nizami rayonunda 4 min manatlıq lotoreya biletləri oğurlayan şəxs saxlanılıb.

Manset.az Apa-ya istinadən xəbər verir ki, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin