İran Rəisi qəzasından ibrət götürdü: Helikopter alır

13:29 - 28 May 2024

İran Rəisi qəzasından ibrət götürdü: Helikopter alır

İran Rusiya ilə 12 ədəd Mi-17 helikopterinin alınmasına dair müqavilə imzalayıb. Onlardan dördü 2025-ci ilin martına qədər təhvil verilə bilər.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, helikopterlər İran Qızıl Aypara Cəmiyyətinin istifadəsində olacaq. Müqavilənin dəyəri 500 milyon dollardır.

Yeni helikopterlər zəif görmə şəraitində uçmağa imkan verən gecəgörmə sistemləri ilə təchiz ediləcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin