Gürcüstan parlamenti həmin qanununa qoyulan vetonu ləğv etdi

19:59 - 28 May 2024

Gürcüstan parlamenti həmin qanununa qoyulan vetonu ləğv etdi

Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

Manset.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, 84 deputat qanunun lehinə, 4 deputat isə əleyhinə səs verib.

Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 18-də "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin