Azərbaycanda qardaş bacısını atasının yasında güllələdi - TƏFƏRRÜAT (VİDEO)

09:15 - 29 May 2024

Azərbaycanda qardaş bacısını atasının yasında güllələdi - TƏFƏRRÜAT (VİDEO)

Zaqatalanın Yuxarı Tala kəndində qətl hadisəsi törədilib.

Atasının il mərasimində qızı Nətəvan Əhmədova güllələnib.

Şübhəli kimi onun qardaşı Nurlan Əsgərov saxlandılıb.

Məlumata görə, 35 yaşlı qardaşın 44 yaşlı bacısını ov tüfəngi ilə qətlə yetirdiyi bildirilir.

Manset.az xəbər verir ki, rayon prokurorluğunun məlumatına görə, Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin digər təfərrüatları da bəlli olub.

Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Onun üzərində indi də məhkumluğu olduğundan elektron qolbaq daşıyırmış.

Nurlan Əsgərovun yaxınları deyiblər ki, son vaxtlar o əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.

Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin