Plastik əməliyyatla 30 yaş cavanlaşdı - Sosial mediada trend mövzusuna çevrildi

14:30 - 29 May 2024

Plastik əməliyyatla 30 yaş cavanlaşdı - Sosial mediada trend mövzusuna çevrildi

Plastik əməliyyat etdirərək 30 yaş cavanlaşan kişinin estetik görüntüsü sosial mediada hər kəsi heyrətləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gəncləşmək üçün Türkiyəyə səfərə edən xarici ölkə vətəndaşının 8 cərrahiyyə əməliyyatdan sonra son və ilkin vəziyyəti müqayisə edilərək əməliyyatı həyata keçirən qurumun sosial media hesabında paylaşılıb.

Paylaşımdan sonra posta çoxlu şərhlər gəlib. İzləyicilər fotodakı kişinin eyni şəxs olmadığını iddia edib və bu qədər böyük dəyişimin mümkün olmadığını bildirib.

Qurumun paylaşdığı təfərrüatlara görə, Michael adlı şəxs eyni vaxtda üz gərmə, boyun gərmə, aşağı göz qapağı əməliyyatı, üst göz qapağı əməliyyatı, alt yanaq yağının çıxarılması, rinoplastika (burun əməliyyatı) və saç əkilməsi əməliyyatları keçirib.

Ən diqqətçəkən şərhlərdən biri isə “Qulaqlar və yan tərəfdəki izlər onun həqiqətən də eyni adam olduğunu göstərir... Çirkin deyilsən, sadəcə hələ Türkiyədə olmamısan” olub.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin