Fransa, daha sonra Polşa Ukraynaya qoşun yeridəcəklərini bəyan etdikdən sonra Rusiya prezidenti Vladimir Putin Avropanı açıq şəkildə təhdid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin NATO ölkələri və Avropadakı kiçik dövlətlərin nümayəndələri nə ilə oynadıqlarından xəbərdar olmalıdır deyib.
Rusiya lideri bildirib ki, onlar əhalisi çox yüksək, torpaqları kiçik olan ölkələr olduğunu unutmamalıdırlar. Rusiya ərazisinin dərinliklərinə hücum etmək barədə danışmazdan əvvəl bu amilləri nəzərə almalıdırlar:
“Radioda daim ingilis, fransız və polyak dillərində söhbətlər eşidirik. Muzdluların artıq orada olduğunu bilirik. Avropada və dünyada ciddi münaqişəyə doğru bir addımdır. Bunu istəyirlər? Onda yaxşı”.
Əfsanə Rəcəb
Manşet.az