Rusiya Ukraynaya məxsus "MiQ-29" təyyarəsini vurdu

17:38 - 29 May 2024

Rusiya Ukraynaya məxsus

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatla bağlı gündəlik hesabatında məlumat yayıb.

Bundan əlavə, müdafiə nazirliyinin məlumatına görə, son 24 saat ərzində 31 pilotsuz uçuş aparatı, Amerika istehsalı olan iki HARM antiradar raketi, Fransa istehsalı olan iki idarə olunan "Hammer" bombası, doqquz "Qrad" və "Alder" raketi məhv edilib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin