ADNSU-da “Qərbi Azərbaycan həqiqətləri” adlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

19:16 - 29 May 2024

ADNSU-da “Qərbi Azərbaycan həqiqətləri” adlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilib. 

 

Manset.az-ın məlumatına görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə açılş nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və tarixi həqiqətlərin gənclər arasında təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlılardan və onların hüquqlarının beynəlxalq müstəvidə bərpasından danışan dosent Vazeh Əskərov Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması baxımından İcmanın gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb və bundan sonra da bu istiqamətdə genişmiqyaslı iş aparılmasının vacibliyini qeyd edib. 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov 29 may tarixinin Qərbi Azərbaycanın ermənilərə verilməsinin ildönümü olduğunu qeyd edərək məhz bu gün gənclər arasında belə bir tədbirin keçirilməsinin önəmini vurgulayıb. 

Qərbi Azərbaycan İcmasının Aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquluyev və Tarix elmləri doktoru Vasif Qafarov Qərbi Azərbaycan həqiqətlərinin tarixi kökləri, siyasi proseslər və bu həqiqətlərin dünayada tanıdılması prosesindən və görülən işlərdən danışıblar. Tədbirdə həmçinin,

Qərbi Azərbaycan həqiqətlərinə dair tarixi sənədlərin müxtəlif dillərdə hazırlanaraq bütün nüfuzlu ölkələrin dövlət qurumlarına, beynəlxalq təşkilatlara göndərilməsi və gündəmə gətirilməsi, Ermənistanın işğalçılıq siyasətinin müxtəlif arxivlərə istinadən elmi səviyyədə meydana çıxarılmasının mühüm olduğu bildirilib. Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra bu tarixi faktların və Qərbi Azərbaycan həqiqətlərinin bundan sonra dünyaya daha dinamik şəkildə yayılacağı diqqətə çatdırılıb. 



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin