"Səbail" baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.
Manset.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il Bakı təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Ş.Diniyev 2022-ci ildən "Səbail"in baş məşqçisidir. Komanda Premyer Liqada son mövsümü 42 xalla 7-ci pillədə başa vurub.