“Araz Naxçıvan” “Neftçi”nin futbolçusunu transfer etdi

20:28 - 29 May 2024

“Araz Naxçıvan” “Neftçi”nin futbolçusunu transfer etdi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

 

Manset.az Bizim.Media-ya istinadə xəbər verir ki, Muxtar Respublika təmsilçisi Ömər Buludovla anlaşıb. 

“Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az