Bu ölkədə istidən ilk ölüm hadisəsi baş verdi

13:39 - 30 May 2024

Bu ölkədə istidən ilk ölüm hadisəsi baş verdi

Hindistanın paytaxtı Yeni Dehlidə bu il temperaturun rekord həddə çataraq 52,9 dərəcəyə yüksəlməsindən sonra ilk ölüm hadisəsi baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 40 yaşlı işçinin istidən öldüyü açıqlanıb.

Dehli Qubernatorluğundan verilən açıqlamada, tikinti sahələrinin su və kölgəli ərazilərin təmin edilməsi, yerli vaxtla saat 15.00-a qədər ödənişli məzuniyyət verilməsi ilə işçilərin qorunması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.

Hindistan Meteorologiya İdarəsi bu gün Dehlidə temperaturun 36 dərəcə, hiss olunan temperaturun isə 37,8 dərəcə olduğunu bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az