Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO

16:59 - 30 May 2024

Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO

Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətə mövsümə uyğun texnikanın istismarı qaydaları öyrədilir və təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az