Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: Xəsarət alan var

21:09 - 30 May 2024

Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: Xəsarət alan var

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi vaş verib.

 

Manset.az  xəbər verir ki, "VAZ" 2106 və “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ" 2106-nın sürücüsü Tural İlham oğlu Mirzəyev ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, T.Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az