Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında

20:26 - 31 May 2024

Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

 

Manset.az  xəbər verir ki, 92 kiloqram çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.

1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

A.Dominges növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. O, qələbə qazanacağı halda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) "Paris-2024"ə lisenziyaya sahib olmaqla, boks millisinin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az