Yatarkən minlərlə dollar xərclədi

12:40 - 31 May 2024

Yatarkən minlərlə dollar xərclədi

Xaricdə yaşayan Kelli Knipes adlı qadın qeyri-adi xəstəliklə mübarizə aparır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc qadın parasomniya səbəbindən gecələr minlərlə dollar xərcləyir.

Kelly Knipes nadir yuxu pozğunluğuna görə yatarkən 3800 dollar dəyərində alış-veriş edib.

2018-ci ildə ona yuxu zamanı baş verən anormal və arzuolunmaz davranışları ehtiva edən parasomniya diaqnozu qoyulub.

Parasomniya olan bir insan oyaq görünə və yeriyə, danışa, yemək yeyə və ya digər bu kimi fəaliyyətlərlə məşğul ola bilər, lakin beyni yalnız qismən oyaq olduğu üçün fərqində olmaya bilər.

Vaxt keçdikcə Knipes evinə gələn bağlamalarda qəribə bir şey görüb.

O, tor, dirəklər və arxa taxtası olan tam ölçülü plastik basketbol meydançası, hətta boya qutuları, kitablar, duz-istiot çalkalayanlar, uşaq oyun evi, soyuducu və stol sifariş edib.

Buna səbəb Knipesin kredit kartı məlumatlarının telefonunda saxlandığı üçün rahatlıqla onlayn alış-veriş edə bilməsi olub.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az