Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər görülür

18:15 - 1 İyun 2024

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər görülür

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

 

Manset.az xəbər verir ki, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən mebel sexləri tərəfindən istehsal tullantılarının qalaqlanması aşkar olunub.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin mebel sexlərinin iki vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Və ərazidə olan tullantıların təmizlənməsi təmin olunub

Tədbirlər davam etdirilir.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin