Kənan Doğulunun ad gününə polis müdaxilə etdi

00:35 - 2 İyun 2024

Kənan Doğulunun ad gününə polis müdaxilə etdi

Ötən gün türkiyəli məşhur müğənni Kənan Doğulu 50 yaşını qeyd edib. 

 

Manset.az xəbər verir ki, müğənninin təşkil etdiyi gecəyə polis müdaxilə edib.

Gecə gec saatlara qədər davam edəcək əyləncəyə görə Kənan öncədən qonşularına məktub göndərərək ad günü səbəbindən yaranacaq səs-küyə görə üzr istəsə də, parti uzun çəkib.

Bu səbəbdən narahat olan qonşular polisə müraciət edib. Şikayət əsasən gecəyə polis müdaxilə etməli olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin