“Real”ın qələbəsi “Qarabağ”ı növbəti mərhələyə çıxardı

09:51 - 2 İyun 2024

“Real”ın qələbəsi “Qarabağ”ı növbəti mərhələyə çıxardı

“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

 

Manset.az xəbər verir ki, bu, İspaniya təmsilçisi “Real Madrid”in turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı “Ferentsvaroş”un da işinə yarayıb.

Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin