Türkiyə millisində itki - AVRO-2024

10:34 - 2 İyun 2024

Türkiyə millisində itki - AVRO-2024

Türkiyə millisi itki ilə üzləşib.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, “ay-ulduzlular”ın hücumçusu Ener Ünal AVRO-2024-ün heyətindən çıxarılıb.

Buna “Bormunt”un şərəfini qoruyan forvardının zədələnməsi səbəb olub. 27 yaşlı futbolçunun millinin son məşqində sol ayağının baş barmağı sınıb. Müayinələrdən sonra məlum olub ki, zədə AVRO-2024 ərəfəsində və çempionatın gedişində tam sağalmayacaq.

Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatında F qrupunda Portuqaliya, Çexiya və Gürcüstana qarşı mübarizə aparacaq. Qitə birinciliyi iyunun 14-dən iyulun 14-ə qədər keçiriləcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin