Zelenski Pentaqon rəhbəri ilə görüşdü

11:30 - 2 İyun 2024

Zelenski Pentaqon rəhbəri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

“ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib.

O, danışıqların təfərrüatlarını açıqlamayıb.

Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin