Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazandı

13:20 - 2 İyun 2024

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Azərbaycan Boks Federasiyasından Manset.az-a verilən məlumata görə, 92 kiloqram çəkidə mübarizə aparan idmançı bunu Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.

İdmançımız 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçuya "Paris-2024"ə iştirak hüququ verib.

Bununla da Azərbaycan Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. A. Dominqesdən öncə Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.

Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin