Güclü yağışa görə Qəbələdəki beynəlxalq turnirin başlama saatı dəyişdi

15:46 - 2 İyun 2024

Güclü yağışa görə Qəbələdəki beynəlxalq turnirin başlama saatı dəyişdi

Bu gün start götürməli olan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi nəzərdə tutulduğu vaxtda başlamayacaq.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, buna şəhərdə güclü yağışın yağması səbəb olub.

Açılış oyunu saat 16:30-da Azərbaycan millisi və "Baku Flames" klubu arasında baş tutmalı idi. Qarşılaşmanın nə vaxt gerçəkləşəcəyi hələlik bəlli deyil.

Turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparacaq.

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin